AZ

Gəncə Dövlət Universitetinə işə qəbul olanlarla görüş keçirilib

Gəncə Dövlət Universitetində “Tyutor xidməti”nə tyutor (akademik məsləhətçi) vəzifəsi  üçün elan edilən 15 vakansiya üzrə  28 nəfərin müraciəti əsasında imtahan təşkil olunub.  30 Senytabr 2024-cü il tarixdə başlanılan müsabiqədə Universitetin tədris-köməkçi, inzibati işçiləri və magistraturada təhsil alan 1-ci kurs tələbələri iştirak ediblər. Üç mərhələli müsabiqəni müvəffəqiyyətlə başa vuran namizədlər  15 gün müddətində akademik təlimə cəlb olunub, yekun mərhələni uğurla başa vuranlar GDU-da tyutor (akademik məsləhətçi) vəzifəsinə təyin edilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov bütün mərhələləri müvəffəqiyyətlə başa vuraraq işə qəbul olan tyutorlarla görüş keçirib.

Rektor tyutor (akademik məsləhətçi) vəzifəsinə yeni təyin olunanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara göstərilən etimadı layiqincə doğruldacaqlarına əminliyini ifadə edib.  Bununla yanaşı tədrisin təşkilində keyfiyyətin artırılmasında və universitet-tələbə əlaqələrinin düzgün qurulmasında tyutor xidmətinin vacibliyindən söhbət açıb.

Təlimlərin məzmunlu və praktiki yönümlü təşkilindən məmnunluqlarını ifadə edən tyutor vəzifəsinə yeni işə qəbul olanlar gənclərə göstərilən diqqətə və yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Gəncə Dövlət Universitetində Tyutor Xidməti Tədris Departamentinin tərkibində  2022-ci ildən fəaliyyət göstərir. Universitetdə tədris prosesini təşkil etmək, onun səmərəliliyini və təlimin keyfıyyətini yüksəltmək, tələbələrin hüquqlarını və akademik maraqlarını qorumaq, tələbələri “Kredit sistemi” ilə bağlı maarifləndirmək və universitetin tədris prosesi ilə bağlı məsləhət vermək,  tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək, və s. akademik məsləhətçilər (tyutor) xidmətinin əsas vəzifələridir.

Seçilən
2
modern.az

1Mənbələr