Rusiyalı turistin meyiti Hindistanın dağlıq ərazilərində yerləşən "İsti su" bulağında tapılıb.
Publika.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Kanalın ilkin məlumatına görə, Rusiyadan gələn 45 yaşlı qadın çox uzun müddət suda oturub və təbii qazdan zəhərlənib. Hadisə noyabrın 23-də Qanqananı kəndində baş verib.
Qeyd olunur ki, mərhum Rusiya və Litvadan olan dostları ilə birlikdə Hindistana istirahətə gəlibmiş.
Hüquq-mühafizə orqanlarında faciə ilə bağlı iki versiya var: zərərli təbii qazdan zəhərlənmə və yaxud infarkt.