AZ

"Əgər bir insan qolunun və ya ayağının birini itiribsə..." Deputat Danışdı

Milli Məclisdə gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılması təklif edilib.

EDnews xəbər verir ki, bu təkliflə deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

"Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var". 


Deputat sağlamlıqlarını itirən vətəndaşların təkrar müayinəsi ilə bağlı prosedurun sadələşdirilməsinin vacibliyini də vurğulayıb:

"Əgər bir insan qolunun və ya ayağının birini itiribsə, onun təkrar müayinələrə cəlb olunmamasını təklif edirəm. Bu məsələ ilə bağlı bizə müraciətlər həddən çoxdur”.

Seçilən
11
10
ednews.net

10Mənbələr