Tələbələr Şərqi Azərbaycan İranşünaslıq Fondunun "Şahnamənin İran tarixi və mədəniyyətində əhəmiyyəti"mövzusunda keçirilən toplantısına hədə və məcburetmə yolu ilə cəlb edilib.
Tədbirin məruzəçisi Təbrizin Azad Universitetinin fars dili professoru Bəhmən Dəməşqi Xiybani olub.
Tələbələrin ifadələrinə görə, Bəhmən Dəməşqi Xiybani zor və təhdidlərə əl ataraq bir sıra tələbələri bu tədbirdə iştirak etməyə məcbur edib.
Tədbirdə iştirak edən tələbələrə qiymətlərdə güzəşt ediləcəyi, iştirak etməyənlərin isə imtihandan kəsiləcəyi bildirilib.
Güney Azərbaycanda fars dilinin və mədəniyyətinin məcburi şəkildə genişləndirilməsi üçün bu cür fəaliyyətlər hökumətin dəstəyi ilə həyata keçirilir.
Türk, ərəb və qadın əleyhdarı şeirləri ilə hər zaman hüquq müdafiəçiləri və qeyri-fars millətlərin tənqidinə məruz qalan Firdovsi fars irqçiliyinin simvollarından biri sayılır və qeyri-fars xalqlar arasında o qədər də sevilmir.
visiontv.az