AZ

Google Maps üç nəfərin ölümünə səbəb olub

Hindistanda "Google Maps"in istiqamətləri əsasında hərəkət edən avtomobilin tikintisi tamamlanmamış körpüdən düşməsi nəticəsində 3 nəfər həyatını itirib...

Poliqon xəbər verir ki, hadisə şənbə günü baş verib.

Ətraf kənd sakinləri çayın kənarında suya batmış bir avtomobil aşkarlayıblar. Hadisə Uttar Pradeş ştatının Bareilli şəhərində qeydə alınıb.

Məlum olub ki, zərərçəkənlər toydan evlərinə qayıtmaq üçün GPS-dən istifadə ediblər. Naviqasiya sistemi avtomobili hələ tam təmir edilməmiş körpüyə yönəldib. Maşın yüksək sürətlə hərəkət etdiyi üçün saxlamaq mümkün olmayıb və 7,5 metr hündürlükdən Ramqanqa çayının yatağına düşüb.

Həyatını itirənlərdən biri mühafizəçi Kauşal Kumai, digərləri isə Vivek Kumar və Amit Kumar olub.

Sözügedən körpünün 2022-ci ildə baş verən güclü daşqınlarda zədələndiyi və yerli əhali arasında "ölüm tələsi" kimi tanındığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalar göstərib ki, körpü 2022-ci ilin daşqınlarında zədələnib, lakin həmin vəziyyət "Google Maps"də yenilənməyib. Bundan əlavə, ərazidə təhlükəsizlik baryerlərinin olmaması və xəbərdaredici lövhələrin quraşdırılmaması da bu faciəyə səbəb olub.

Yerli hakimiyyət orqanları və "Google" arasında məsuliyyət məsələləri müzakirə olunur, vətəndaşlar isə yerli idarələrin səhlənkarlığını tənqid edirlər​.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr