“ABŞ Ermənistanı tamamilə özünə tabe etmək məqsədi güdür”. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat üçün açıqlamasında qeyd edilib.
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat üçün açıqlamasında qeyd edilir:
“Etibarlı məlumatlar bir daha inandırır ki, Birləşmiş Ştatlar qondarma demokratikləşməni tətbiq etmək planlarından əl çəkmir, Ermənistanı tamamilə özünə tabe etmək məqsədi güdür.
Qərbyönlü partiyaların 2026-cı ildə keçiriləcək seçkilərdə parlamentə daxil olmasını təmin etmək üçün onların siyasi “təşviqi” artıq başlayıb, SVR qeyd edib. “Bu “demokratiyanın barışmaz tərəfdarlarına” Ermənistan icra hakimiyyəti qonşu Gürcüstan hökumətindən nümunə götürərək obyektiv milli maraqlara, erməni xalqının adət-ənənələrə və dəyərlərə üstünlük vermək niyyətindədirsə, onların “əllərinə vurmaq” tapşırığı verilir.