AZ

Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xuliqanlıqda təqsirləndirilən Elşad Bəşirovun (şərti) cinayət işi üzrə istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Bəşirov üç ay müddətinə azadlıqdan məhrum edilib və iclas zalında həbs olunub.
İttihama görə, hadisə bu il Nizami rayonu ərazisində yerləşən kafelərin birində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Elşad Bəşirov sərxoş halda olarkən orada ofisiant işləyən zərərçəkmiş Aylin Quliyevaya (şərti) onunla birlikdə masaya əyləşməsini təklif edib. Lakin qızdan rədd cavabı alıb. Bu zaman təqsirləndirilən şəxs Aylinə qarşı zor tətbiq edib, baş nahiyəsinə bir dəfə yumruqla vurub.
Hadisədən sonra Elşad Bəşirov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Seçilən
13
5
oxu.az

6Mənbələr