AZ

Qərbi Azərbaycan gündəliyi... - İran və Fransa nədən narahatdır?

İranın Ermənistandakı səfiri Mehdi Sübhanidən sonra Fransa səfiri Olivye Dekotini də Azərbaycanı hədəfə alan çıxışları ilə diqqət çəkir...

Politoloq: “Qərbi Azərbaycan anlayışı özünün tarixi reallığı ilə İrəvandan daha çox, süni yolla Ermənistan yaranmasında maraqlı olan ölkələri narahat edir. Bunların başında da İran və Fransa gəlir”.

“Fransa və İran səfirlərindən bu kimi mesajlar həmişə verilir. Bununla öz aləmlərində hansısa mesajlar verməyə çalışırlar. Amma Azərbaycan verdiyi hər mesajı həyata keçirir”.

Bu sözləri politoloq Azər Qasımov İran və Fransa səfirlərinin Qərbi Azərbaycan mesajlarını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, İranın Ermənistandakı səfiri Mehdi Sübhanidən sonra Fransa səfiri Olivye Dekotini də Azərbaycanı hədəfə alan çıxışları ilə diqqət çəkir. Belə ki, ötən gün Dekotini İran ərazisində Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” sözləri ilə paylaşıb. Səfirin bununla Ermənistan ərazisinin Qərbi Azərbaycan adlandırılmasına etiraz etdiyi bildirilir. Ümumiyyətlə isə Dekotinini Azərbaycan-Ermənistan sülh prosesinə ziyan vuran əsas simalardan biridir.

Azərbaycanın Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransa hazırlaşdığı günlərdə bu cür paylaşım təsadüf hesab etmək olar?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Bu məsələ əslində Fransa və İranın xarici siyasətinin yox, daxili siyasətinin iflasa uğraması deməkdir”.

Azərbaycanın öz tarixi torpaqlarına qayıdacağımın mütləq olduğunu vurğulayan politoloq əlavə edib ki, Azərbaycan artıq hər istədiyini edə biləcək gücdədir:

“Qərbi Azərbaycan anlayışı özünün tarixi reallığı ilə İrəvandan daha çox, süni yolla Ermənistan yaranmasında maraqlı olan ölkələri narahat edir. Bunların başında da İran və Fransa gəlir. Azərbaycan “Qərbi Azərbaycan” anlayışını beynəlxalq ictimaiyyətin leksikonuna daxil edətdikcə onların tarixi planları təhlükə altına düşür. Açıq şəkildə bunu gizlətməyən bu ölkələr qorxularını qeyd edilən şüarlar şəklində büruzə verirlər.

Fransa və İran səfirlərindən bu kimi mesajlar həmişə verilir. Bununla öz aləmlərində hansısa mesajlar verməyə çalışırlar. Amma Azərbaycan verdiyi hər mesajı həyata keçirir. Qarşı tərəf Azərbaycanın vermək istədiyi mesajın nə olduğunu yaxşı başa düşür. Bunun da sadəcə mesajdan ibarət olmadığını da yaxşı bilirlər. Ona görə narahatdırlar.

Azərbaycanın öz tarixi torpaqlarına qayıdacağı mütləqdir. Azərbaycan artıq hər istədiyini edə biləcək gücdədir. Fransa və İran kimi ölkələr isə Ermənistandan çox bundan sonra özlərinin düşəcəkləri gündən qorxurlar. Bu məsələ əslində Fransa və İranın xarici siyasətinin yox, daxili siyasətinin iflasa uğraması deməkdir”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr