Gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla, 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı