AZ

Sahil Babayev: “Əlillik almaq dediyiniz qədər çətindirsə, bu qədər insan necə alır?!”

“Bu il 41 minə yaxın şəxsə əlillik təyinatı verilib. Əgər əlillik almaq dediyiniz qədər çətindirsə, bu qədər insan necə alır?!”

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir fərdi məsələlərlə bağlı problemlərin yazılı təqdim olunmasını bildirib:

“Mən hər bir fərdi halla bağlı indi heç nə deyə bilmərəm. Xahiş edirəm ki, fərdi hallarla bağlı yazılı məlumat təqdim edilsin. Amma komitə iclasından sonra mənə fərdi halla bağlı müraciət olunmayıb”.

Qeyd edək ki, büdcə müzakirələri çərçivəsində bir sıra deputatlar sosial müvainətlərin verilməsi ilə bağlı problemlərin olduğuna diqqət çəkiblər.

Günay Şahmar, Bizim.Media

Seçilən
8
1
bizim.media

2Mənbələr