AZ

Noyabrın 26-da ABŞ-ın vasitəçiliyilə İsrail və “Hizbullah” Hərəkatı arasında Livan və İsrail arasındakı sərhəddə atəşkəs haqqında saziş əldə edilib. Saziş ötən gecə qüvvəyə minib.

İsrail KİV-in məlumatına görə, barışıq haqqında saziş 13 bənddən ibarətdir və hərbi əməliyyatlardan qarşılıqlı imtinanı nəzərdə tutur: “Hizbullah” qüvvələrinin Livanın cənubundan çıxarılması (İsrail ilə sərhəd); bu zonaya yalnız Livan ordusu qüvvələrinin daxil edilməsi; Livanda qeyri-leqal silahların dayandırılması; İsrail 60 gün ərzində tədricən öz qüvvələrini Livanın cənubundan çıxaracaq.

İsraildə “Hizbullah” Hərəkatının atəşkəs şərtlərinə əməl etməyə hazır olduğuna skeptik yanaşırlar. Belə ki, sazişin imzalanmasından sonra və qüvvəyə minənədək Hizbullah İsrailin şimal rayonlarını fəal şəkildə atəşə tutub.

* “Hizbullah” 8 oktyabr 2023-cü ildə İsrailə qarşı müharibəyə başlayıb. Bu müddətdə hər gün İsrailin şimalını və mərkəzini atəşə tutub. İsrailin Livanın cənubunda “Hizbullah” qüvvələrinə qarşı quru əməliyyatına başlamasından bir ildən çox keçib. Bu 1 oktyabr 2024-cü ildə baş verib.

Seçilən
16
turan.az

1Mənbələr