Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda öz meydanında "Feyenoord"la 3:3 hesablı bərabərliyə razılaşan "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola oyundan sonra üzündəki cırmaq izlərinin necə yarandığını deyib.
Fanat.Az xəbər verir ki, "beIN Sport" 3 top fərqi ilə öndə olmasına rəğmən, qələbə qazana bilməyən "şəhərlilər"in çalışdırıcısının sözlərini belə çatdırıb:
"Dırnaqlarımla işləmişəm. Özümü ağrıtmaq istədim".
Xatırladaq ki, "Siti" ardıcıl 6 oyundur ki, qələbə qazana bilmir.
Nihat