Çində ardıcıl olaraq 3-cü müdafiə nazirinə qarşı istintaq tədbirləri başladılıb.

İndex.az xəbər verir ki, İngiltərənin “Financial Times” qəzeti ABŞ mənbələrinə istinadən bu məlumatı yayıb.

“Financial Times”in yaydığı məlumata görə, Çinin müdafiə naziri Donq Jun korrupsiya iddiası ilə istintaqa cəlb olunub.

Qeyd edək ki, Donq Jundan əvvəl vəzifədə olmuş 2 müdafiə nazirinə qarşı da korrupsiya ilə bağlı araşdırma başladılıb.

Təsdiqlənsə, Donq, Vei Fenq və Li Şanqfudan sonra korrupsiyaya görə araşdırılan üçüncü müdafiə naziri olacaq.