"Sabah"ın rusiyalı baş məşqçisi Vasili Berezutskinin köməkçilərindən ikisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, məşqçilər korpusunda Dmitri Smirnov və Aleksandr Naqornı yer alacaq.
Masazır klubu Rusiya millisinin sabiq müdafiəçisi Vasili Berezutski ilə noyabrın 25-də 2,5 illik müqavilə imzalayıb.