Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəsizlik Şurasının noyabrın 28-də, Qazaxıstanın Astana şəhərində keçiriləcək sammitində iştirak etməyəcək.
Bu barədə Ermənistan hökumətinin rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. O qeyd edib ki, respublikanın KTMT təşkilatının fəaliyyətindəki iştirakını dondurmaq mövqeyi dəyişməyib.
Hürr Tərcüman