AZ

İndiyədək nə qədər ukraynalı hərbçi həlak olub? – “The Economist” sayı açqladı

Bu günə qədər genişmiqyaslı müharibə zamanı ən azı 60-100 min Ukrayna hərbçisi həlak olub.

“AzPolitika”xəbər verir ki, bu baədə “The Economist” nəşrinin yayımladığı təhli materialında bildirilir.

Bildirilir ki, “UA Loses” saytında yerləşdirilən məlumata görə, 2022-ci ildən bəri ən azı 60435 ukraynalı əsgər həlak olub. Qeyd olunur ki, 2022-ci il bu yana Ukraynanın müharibədən əvvəlki 18-49 yaşlı kişi əhalisinin 0,5%-dən çoxu ölüb. Eyni zamanda, nəşr müharibədə ölən kişilərin real nisbətinin daha yüksək olduğunu bildirir. Eyni vəziyyət ağır yaralananlara da aiddir.

“Döyüşdə ölən hər bir nəfərə 6-8 ağır yaralı ukraynalı əsgər düşdüyünü fərz etsək, demək olar ki, 18-49 yaş aralığında olan hər 20-ci ukraynalı ya ölüb, ya da yaralanıb”, - nəşr bildirir.

“AzPolitika.info”

Seçilən
42
azpolitika.info

1Mənbələr