AZ

İrəvanın KTMT planı: “Rusiyanı qəzəbləndirəcək…”

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək. 

Lakin Moskva ümid edir ki, İrəvan gec-tez bu təşkilatla əməkdaşlığını bərpa edəcək.

Yerli mətbuatda yayılan məlumatlara görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Ermənistan iştirak etməyəcək, lakin onun nümayəndələri əvvəlcədən bildiriblər ki, sammitdə müvafiq razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyillər. Biz erməni tərəfdaşlarımızın təşkilatın gələcək işi ilə bağlı öz kurslarını müstəqil müəyyən etmək hüququnu şübhə altına almırıq", - o qeyd edib.

Y.Uşakov, həmçinin vurğulayıb ki, İrəvan de-yure KTMT-nin tam hüquqlu üzvü olaraq qalır, eləcə də müvafiq hüquq və öhdəliklərini saxlayır: 

"Ermənistanın KTMT-nin işinə fiziki qayıdışı üçün qapılar açıqdır. Ümid edirik ki, erməni nümayəndələr gec-tez bu təşkilat çərçivəsində əməkdaşlığını bərpa edəcəklər".

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, hazırda İrəvan Kremli qəzəbləndirəcək addım ata bilməz:

“Artıq iki ildir ki, Ermənistan KTMT-nin tədbirlərində iştirak etmir. Özünün təhlükəsizlik təminatını başqa istiqamətdə, xüsusilə Qərbdə axtarır.

Ermənistanın KTMT ilə əlaqələri aşağı səviyyəyə enməkdədir.

O ki qaldı Ermənistanın KTMT-nin növbəti tədbirində qəbul olunacaq qərarlara veto qoymasına, qeyd edim ki, əgər İrəvan təşkilatın toplantılarında iştirak etmirsə, o, heç bir qərara veto qoya bilməz.

İkincisi, Paşinyanın özü yaxşı bilir ki, Rusiya-Ukrayna müharibəsinin gedişatı başqa yöndə getməkdədir. Rusiya bu müharibədə təşəbbüsü öz əlinə alıb. Belə bir halda İrəvan Rusiyanı qəzəbləndirəcək addım atmağa cəhd edə bilməz.

Seçilən
10
cebheinfo.az

1Mənbələr