AZ

Qurban Qurbanov: “Bu matç bizim üçün vacibdir”

“Çox keyfiyyətli komandaya qarşı oynayacağıq. Bu matç bizim üçün vacibdir”.

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Lion"la (Fransa) oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

52 yaşlı mütəxəssis bildirib ki, hədəfləri azarkeşləri sevindirməkdir: “Demək olar ki, oyuna pis hazırlaşmamışıq. Çox istərdik ki, azarkeşlərimizi sevindirək və uğurlu nəticə əldə edək”.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.

Aytac Sahəd
İdman.biz

Seçilən
80
1
idman.biz

3Mənbələr