AZ

Ermənistanda İstintaq Komitəsinin bir neçə əməkdaşı istefa ərizəsi YAZDI

Ermənistanda İstintaq Komitəsinin bir neçə əməkdaşı istefa ərizəsi yazıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilir ki, baş nazir Nikol Paşinyan strukturun yeni rəhbərinin Baş Prokurorluq rəhbərinin müavini Artur Poqosyan olacağını elan etdikdən sonra İstintaq Komitəsinin bir neçə əməkdaşı istefa ərizəsi yazıb.

Nəşr aydınlaşdırıb ki, onların hamısı əvvəllər prokurorluqdan İstintaq Komitəsinə keçib.

Qəzetin yazdığına görə, ərizə verənlər arasında iqtisadi cinayətlərin və qaçaqmalçılığın istintaqı idarəsinin rəisi, təxminən bir il əvvəl prokurorluqdan komitəyə keçirilmiş Arsen Simonyan da var.

“O, məhz Poqosyanla münaqişəyə görə prokurorluqdan İstintaq Komitəsinə keçib və Poqosyanın adını eşidən kimi dərhal ərizə yazıb”, – nəşr aydınlaşdırıb.

Qəzet əlavə edib ki, noyabrın 18-də Argişti Kyaramyanın İstintaq Komitəsinin rəhbəri vəzifəsindən istefa verdiyi gün komitənin hüquq şöbəsinin müdiri Artur Vardanyan da istefa ərizəsi yazıb.

İstintaq Komitəsi istefa ərizəsi yazan məmurlarla bağlı məlumatları nəşrə təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
interpress.az

1Mənbələr