AZ

Türkiyənin 11 vilayətində terrora qarşı əməliyyatlar keçirilib - 22 nəfər saxlanılıb

Bakı. Trend:

Türkiyədə İzmir mərkəzli 11 vilayətdə FETÖ-nün Türkiyə SilahlıQüvvələrindəki (TSK) təşkilatlanmasına qarşı həyata keçirilənəməliyyat çərçivəsində 22 şübhəli saxlanılıb.

Trend bubarədə Türkiyə KİV-ə istinadən xəbər verir.

“İzmir Respublika Baş Prokurorluğunun Terror Cinayətləriİstintaq Bürosu tərəfindən aparılan araşdırma nəticəsində, həminterror təşkilatının TSK daxilindəki strukturunda yer alan, ocümlədən, təşkilatın çevriliş cəhdindən sonra ordudanuzaqlaşdırılan və ya hazırda fəaliyyətdə olan 25 şübhəli barədəhəbs qərarı çıxarılıb.

Qərara əsasən, İzmir ilə yanaşı İstanbul, Ankara, Qaziantep,Hatay, Kütahya, Eskişehir, Kocaeli, Artvin, Gümüşhane və Çanaqqalavilayətlərində müəyyən edilmiş ünvanlara jandarma və polisqüvvələri tərəfindən eyni vaxtda əməliyyatlar həyata keçirilib.Əməliyyat zamanı şübhəlilərdən 22-si saxlanılıb”, - məlumatdabildirilib.

Qeyd edilib ki, saxlanılanların jandarma və polis idarələrindəkiprosedurları davam edir.

Seçilən
6
az.trend.az

1Mənbələr