Azərbaycan Mətbuat Şurasında(MŞ) Şuranın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı "Azərbaycan media landşaftı" üzrə məlumat bazasının yaradılması" layihəsi çərçivəsində sonuncu toplantı keçirilib.
Missiya.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid deyib ki, Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi 7 ay müddətində davam edib:
"Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri üzrə 4 toplantı keçirilib. İyul, avqust, sentyabr və oktyabr aylarında reallaşdırılan toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub".
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli də vurğulayıb ki, "Azərbaycan media landşaftı üzrə məlumat bazası” beynəlxalq standartlara uyğun formada hazırlanıb.
Toplantıda media rəhbərləri və jurnalistlər də fikir mübadiləsi aparıblar. Sözügedən tədbirin çox əhəmiyyətli, xüsusilə etibarlı mənbə baxımından gərəkli olduğunu və bunun davam etdirilməsini ifadə ediblər. Eyni zamanda, yeni təkliflər irəli sürüblər. Çünki yeniliklər yarandıqca media landşaftının kateqoriyaları da yenilənməlidir.
Zərintac MayisqızıMissiya.Az