“Yaxşı olardı ki, aztəminatlı ailələrdə yeni doğulan körpələrə 6 ay ərzində dövlət hesabına uşaq qidaları verilsin”.
Bizim.Media xəbər verir ki, bunu deputat Fatma Yıldırım parlamentin bugünkü plenar iclasında deyib.
O, aztəminatlı ailələrin bu xərci qarşılamaq üçün maddi imkanlarının çatmadığını bildirib:
“Bu məsələdə dövlətin yardımı həmin ailələrə sosial dəstək olmaqla yanaşı, demoqrafik vəziyyətimizə də müsbət təsir göstərə bilər”.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta