AZ

Qazaxda evli qadın sevgilisi ilə ƏRİNİN EVİNDƏ GÖRÜŞDÜ - Ərim evdə olmayanda... / VİDEO

Qazaxda 1981-ci il təvəllüdlü Əzim şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 1982-ci il təvəllüdlü həyat yoldaşı Fərqanəni öldürməyə cəhd edib. 


Referans.az xəbər verir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əzim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 


Əzimin ifadəsinə görə, 2022-ci ilin əvvəlində xatırlamadığı tanışı zəng vurub və Fərqanənin ondan boşanmaq üçün məhkəməyə ərizə verdiyini deyib:


"Bir neçə gün sonra məhkəmədən mənə bildiriş gəldi. 2022-ci ili fevralında mənimlə qonşuluqda yaşayan əmim oğlu Vüsal Qazax şəhər sakini "Roma" kimi tanınan Sadiqin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yaşadığım evə gəlib-getdiyini, arvadımın həmin maşında gördüyünü dedi. Bu mənə çox pis təsir etdi.

Arvadımdan soruşduqda, belə bir halın olmadığını dedi. Ona inanmadığım üçün "Roma" adlı şəxs barədə maraqlandım. Onun həqiqətən də "VAZ-2106" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu öyrəndim".

"Tənbeh edəcəyini dedi"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin martında, Novruz bayramından bir neçə gün əvvəl dəqiq xatırlamadığı gündə, saat 22 radələrində yataq otağında olan zaman Fərqanənin yatdığı digər otaqdan musiqi səsi eşidib:

"Otağa daxil oldum. Arvadımın telefonla oynadığı gördüm. Məni görən kimi telefonu yastığın altına qoymaq istəsə də, telefonu onun əlindən aldım. Ev paltarında küçəyə çıxaraq piyada digər kənddə yaşayan qayınatam Əligilə getdim.

Qayınatamın evinə çatan kimi arvadımın qardaşı Sahibi çağırdım. Ona bacısının telefonunu verdim və "mobil telefondan başım çıxmır, bax gör bacın kiminlə yazışır" dedim. Sahib telefona baxdı və özü Fərqanəni tənbeh edəcəyini dedi.

Həmin vaxt Fərqanə atasıgilə zəng vurdu və mənim orada olduğumu öyrəndikdən bir neçə dəqiqə sonra həmin yerə gəldi. Sahib bacısı ilə danışacağını dedi".



Seçilən
5
referans.az

1Mənbələr