"Microsoft", "HP" və "Dell" şirkətləri yanvar ayında seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə qədər mümkün qədər çox elektron komponenti hazırlamaq üçün yarışır. Onun Bu barədə
Bakıvaxtı.az "Nikkei Asia"ya istinadən xəbər verir ki, buna səbəb Trampın Ağ Evə qayıdandan sonra Çin mallarına tətbiq olunan rüsumları qaldıracağı ilə bağlı proqnozun mövcud olmasıdır.
Belə ki, Tramp noyabrın 25-də "Truth Social" sosial şəbəkəsində ABŞ-nin Meksika və Kanadadan gələn mallara 25%, Çin mallarına isə 10% rüsum tətbiq edəcəyini açıqlayıb. O, andiçmə mərasimindən dərhal sonra yanvarın 20-də bütün lazımi sənədləri imzalayacağına söz verib.
Onun sözlərinə görə, rüsumlar ABŞ-yə narkotik vasitələrin idxalı və qeyri-leqal miqrant axını dayanana qədər qüvvədə qalacaq.
Gülşən Şərif