Yunanıstan Milli Müdafiə Baş Qərargahının (GEETHA) məlumatına görə, bu sistemlərin Ermənistana verilməsi Fransanın da iştirak etdiyi əməkdaşlıq səylərinin bir hissəsidir və bu, Ermənistanı əlavə silahlarla da təmin edəcək. Bu təşəbbüs strateji mülahizələri, o cümlədən Yunanıstanın Ermənistanla tarixi əlaqələri, ortaq dini mənsubiyyətləri və Türkiyənin Azərbaycana dəstəyinə qarşı mübarizədə qarşılıqlı maraqları əks etdirir. Heç şübhəsiz ki, Azərbaycanın Kipr məsələsində tutduğu mövqe də Yunanıstanın ürəyincə deyil...
Yunanıstan Ermənistanı əsasən türk düşmənçiliyi bir araya gətirir. Gördüyünüz kimi, bu işdə Fransanın da əli var. Orası da var ki, son ildə Yunanıstanın hərbi təhsil müəssələrində oxuyan ermənilərin sayı iki dəfə artıb...
Yunanıstan Rusiya istehsalı olan silahları Qərb texnologiyası ilə əvəz etməyə çalışır. NATO və Avropa İttifaqının standartlarına uyğun silahlara maraq göstərir. İsrail istehsalı olan silahlara da üstünlük verir...
O da diqqət çəkir ki, belə bir kritik dönəmdə Yunanıstan və Fransa Ukraynaya yox, məhz Ermənistana hərbi dəstək verməyə üstünlük verir. Şübhəsiz ki, bu, Qərb blokunda rəğbətlə qarşılanmayacaq...
Elbəyi Həsənli
visiontv.az