1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiya Federasiyası mümkün təcavüz halında adekvat cavab reaksiyası vermək üçün supersilaha malikdir".
Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu sözləri Rusiya Parlamentinin yuxarı palatasının spikeri Valentina Matviyenko deyib.
"Ölkəyə qarşı təcavüz halında təsirli və qaçılmaz cavab vermək üçün vasitələrimiz, o cümlədən supersilahımız var", - deyə spiker bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ hərbi kəşfiyyatının strateji analitiki Rebekka Koffler "Fox News" üçün məqaləsində bildirmişdi ki, qabaqcıl "Oreşnik" ortamənzilli raket sistemindən istifadə etməklə Vladimir Putinin Vaşinqton və Kiyevdə çaşqınlıq yaradıb.
Onun sözlərinə görə, silahlı zərbə, həmçinin, münaqişənin mahiyyəti ilə bağlı da suallar doğurub. Kofflerin xatırlatdığı kimi, "Oreşnik" qeyri-nüvə və nüvə başlıqları ilə təchiz edilmiş ola bilər və raketin mövcud raketdən müdafiə sistemləri ilə qarşısını almaq demək olar ki, mümkün deyil.