Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) NATO və “Atlas Elektronik” şirkəti ilə birlikdə İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti tərəfindən inkişaf etdirilən “BlueWhale” avtonom sualtı qayığının Baltik dənizində əməliyyat sınaqlarını tamamlayıb.
“Poliqon” IAI-yə istinadən xəbər verir ki, sınaqlar çərçivəsində avtonom sualtı qayıq suyun üstündə və altında kəşfiyyat və hədəf məlumatlarının toplanmasını, o cümlədən digər tapşırıqları icra edib.
“BlueWhale” avtonom sualtı qayığının uzunluğu 10.9 metr, ağırlığı isə 5.5 tondur. O, məlumatın real vaxt rejimində ötürülməsini asanlaşdıran qabaqcıl sensorlar, sonar sistemləri və teleskopik mast ilə təchiz olunub.