AZ

"Livandakı atəşkəs əhali üçün rahatlıq gətirəcək" - İngiltərə

İngiltərə Baş naziri Keir Starmer qeyd edib ki, Livanda İsrail və Hizbullah arasında imzalanan atəşkəs bölgədəki mülki əhali üçün əhəmiyyətli bir rahatlıq olacaq.

Turkustan.az xəbər verir ki, Starmer Livanda İsrail və Hizbullah arasında imzalanan atəşkəslə bağlı verdiyi yazılı açıqlamada bu razılaşmanın uzun müddətdir gözlənildiyini bildirib.

Atəşkəsin bölgədə aylardır qarşıdurmanın bədəlini ödəyən mülki əhaliyə əhəmiyyətli bir rahatlıq gətirəcəyini vurğulayan Starmer: “Bu razılaşma indi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əsaslanan daimi siyasi həllə çevrilməlidir. Razılaşma hər iki tərəfdən mülki şəxslərin öz evlərinə qayıtmasını şərtləndirir”- deyə, nazir bildirib.

Starmer, ölkəsinin və müttəfiqlərinin Yaxın Şərqdə daimi sülh üçün çalışmalarını davam etdirəcəklərini ifadə edərək: “Qəzzada atəşkəs razılaşması, məhbusların azad edilməsi və ehtiyac duyulan humanitar yardımın qarşısındakı maneələrin aradan qaldırılması istiqamətində təcili irəliləyiş görməliyik"- deyə bildirdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
turkustan.az

1Mənbələr