AZ

Bu hallarda sürücülük hüququnuzu itirə bilərsiniz - XƏBƏRDARLIQ

Mətbuatda tez-tez sürücülərin sürücülük hüququndan məhrum edilməsi yaxud sürücülük hüquqlarının məhdudlaşdırılması ilə bağlı xəbərlərlə rastlaşırıq.

Şəxs hansı halda sürücülük hüququndan məhrum edilir?

Modern.az mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovla həmsöhbət olub.

Onun sözlərinə görə, burada fərqli terminlər mövcuddur:

“Belə ki, sürücülük hüququnun itirilməsi və və sürücülük hüququndan məhrum edilmə ayrı anlayışlardır. Sürücülük hüququndan məhrum edilmənin qanunverciliklə 2 halı var. İlk olaraq cinayət sayılan yol nəqliyyat hadisəsində təqsirli olduqda məhkəmənin hökmü ilə şəxs nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilir. Belə məhrumetmənin müddəti bir ildən iki ilə qədər ola bilir. Bir də sürücülük hüququnun məhdudlaşdırılması halları da var ki, burada ciddi inzibati xətalar törətdikdə tətbiq olunur. Əslində mahiyyət etibarilə məhrumedilmə ilə məhdudlaşdırma eynidir deyə bilərik. Məhdudlaşdırma isə 2 aydan 2 ilə qədər ola bilər. Ciddi qayda pozuntuları dedikdə cinayət sayılmayan yol-nəqliyyat hadisələrinin törədilməsi, sərxoş halda avtomobil idarə etdikdə, avtoxuliqanlıq etdikdə məhkəmənin qərarı ilə şəxsin sürücülük hüququ məhdudlaşdırılır”.

Ekspert bildirib ki, məhdudlaşdırmanın bir də ayrıca halı var ki, bu zaman məhdudlaşdırma üçün məhdudlaşdırma üçün məhkəmə qərarına ehtiyac duyulmur:

“Belə ki, vətəndaşın cərimə ballarının sayı 20-yə çatdıqda yaxud keçdikdə sürücülük hüququ məhdudlaşdırılır. Bu zaman Dövlət Yol Polisi orqanlarının öz qərarı ilə məhdudlaşdırma həyata keçirilir”.

Ə.Hüseynov qeyd edib ki, sürücülük hüququnun itirilməsi halları da var ki, bunun da bir neçə səbəbi ola bilir:

“Bunlardan ən geniş yayılanı sürücülük vəsiqəsinin müddətinin  bitməsidir. Vəsiqənin müddəti bitidkdən sonra vətəndaş yeni vəsiqə əldə edənə qədər sürücülük hüququnu itirir. İkinci hal sağlamlığın sürücülük üçün yararsız olduğu zaman da şəxs hüququnu itirir. Məsələn şəxs qolunu itirər yaxud görmə qabiliyyəti sürücülük üçün tələb olunan həddən aşağı enərsə o hüququnu itirir”.

Müsahibimiz son da vurğulayıb ki, də D kateqoriyası ilə bağlı müstəsna bir hal mövcuddur:

“Əgər sürücünün vəsiqəsində D, DE kateqoriyaları və D1 alt kateroriyası varsa, 65 yaşından sonra bu kateqoriyalar üzrə hüququnu itirir. Yəni şəxs 65 yaşını keçdikdən sonra avtobus sürmək hüququnu itirir. Digər kateqoriyalarda isə belə məhdudiyyət yoxdur”.

Seçilən
2
modern.az

1Mənbələr