Bu günə qədər genişmiqyaslı müharibə zamanı ən azı 60-100 min Ukrayna hərbçisi həlak olub. Onlar həmçinin orduda xidmətini davam etdirmək imkanı olmayan 400 min yaralı hərbçinin rəqəmini göstərirlər. Bu rəqəmlər kəşfiyyat agentlikləri, müdafiə rəsmiləri, tədqiqatçılar və açıq mənbələrdən sızan və ya dərc edilmiş hesabatlardan alınan məlumatları təhlil etdikdən sonra “The Economist" nəşri tərəfindən dərc edilib.
"Bu hesabatları müstəqil şəkildə yoxlamaq çətindir. Və döyüş zamanı itkin düşən və öldüyü ehtimal edilən əsgərlər həmişə bu məlumatlara daxil edilmir. Bununla belə, bu rəqəmlər həlak olanların sayı barədə təxmini təsəvvür etmə imkanı verirlər", - materialda deyilir.
Bildirilir ki, məsələn, “UA Loses” saytında ölənlərin adları və yaşları kataloqu yer alır ki, bu da itkiləri yaş qrupları üzrə və kişi əhalisinin faizi kimi hesablamağa imkan verir. Onların məlumatlarına görə, 2022-ci ildən bəri ən azı 60 435 əsgər həlak olub.
Onlara əsasən məlum olur ki, 2022-ci il fevralın 24-dən Ukraynanın müharibədən əvvəlki 18-49 yaşlı kişi əhalisinin 0,5%-dən çoxu həlak olub. Eyni zamanda, nəşr "müharibədə həlak olan kişilərin real nisbətinin" daha yüksək olduğunu bildirir. Eyni vəziyyət ağır yaralananlara da aiddir.
“Döyüşdə həlak olan hər bir nəfərə 6-8 ağır yaralı ukraynalı əsgər düşdüyünü fərz etsək, demək olar ki, hər iyirminci [18-49 yaş] ölür və ya döyüşü davam etdirə bilməyəcək qədər yaralanıb”, - media aydınlaşdırır.
Bundan əlavə, işğalçı qüvvələrin itkiləri də göstərilir. Jurnalın hesablamalarına görə, 21 iyun tarixinə ən azı 106-140 min rus hərbçisi həlak olub.
Almaz Həsənli