AZ

"Yazarların vergi yükü azaldılmalıdır" - Millət vəkili

"Bu gün humanitar sahələrə daha çox diqqət ayrılmalıdır. Yazarlar hansısa kitabı çap etmək üçün xeyli əziyyət çəkirlər".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Elnarə Akimova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

"Onlar kağız, nəşrə vəsait ödəməsinə baxmayaraq, vergi də ödəyirlər. Yazarların zəhmətlərinin bəhrəsi olaraq, vergi yükünün maksimum azaldılması yaxşı olardı", - deyə millət vəkili bildirib.

Türkan İSGƏNDƏRLİ

Seçilən
1
1
redaktor.az

2Mənbələr