Bakı. Trend:
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşdatəsdiqlənib.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin noyabrın 27-da keçiriləniclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Vergi Məcəlləsində 5 istiqamət üzrə 37 əsasmaddədə və 75 alt maddədə dəyişiklik nəzərdə tutulur. Bunlarinvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi,sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergiinzibatçılığının təkimilləşdirilməsi, beynəlxalq reytinqlərdəölkənin mövqeyinin yaxşılaşdırılması və uyğunlaşdırma xarakterlidəyişikliklərdir.
Dəyişikliklərin yaşıl iqtisadiyyat, tibbi turizm, avtomobilsənayesi və gəmiqayırma, ticarət şəbəkələri və bazarlar, mədəniyyətsektoru və dövlət-özəl tərəfdaşlığı sahələrində tətbiqi nəzərdətutulur.
Layihənin qəbulunda dövlət-özəl tərəfdaşlığı çərçivəsində iriinvestisiyaların cəlb edilməsi, yaşıl iqtisadiyyatın dəstəklənməsi,o cümlədən ənənəvi nəqliyyat vasitələrindən ekoloji təmiz nəqliyyatvasitələrinə keçidin davam etdirilməsi, uçotsuz və qanunsuzsahibkarlığın dairəsinin məhdudlaşdırılması, bazarlar üzərindəvergi uçot nəzarətinin təmin edilməsi, xidmət sahələri üzrə mikrosahibkarların vergi yükünün optimallaşdırılması, beynəlxalqreytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması, mədəniyyətsektoru, o cümlədən kino və teatr sahəsində inkişafın dəstəklənməsivə gəlirliliyin artırılması kimi nəticələr hədəflənib.