Bakı. Trend:
Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisiistehsalı üçün avadanlıqların idxalı gömrük rüsumlarından azadolunur.
Trend-inməlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirə edilən “Gömrük tarifi haqqında” qanuna təklifedilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Dövlətin satınalma öhdəliyi ilə müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənmüəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalılayihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslərtərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnolojiavadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalındabərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğunolaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi iləmüəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxilolmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilir.
Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.