AZ

19 yaşlı idmançı qəfil öldü

Velosipedçi Tuur Hanken ad günündə - noyabrın 26-da dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə onun keçmiş komandası "Lead Out Cycling" məlumat yayıb.

“Tuur 2022-ci ildən üzvümüzdür. Ötən mövsüm 20 yaşadək velosipedçilərdən ibarət komandada çıxış edib. Velosipedçilərimizin və əməkdaşlarımızın Tuur haqqında xoş xatirələri var. Həmişə hörmətli, gülərüz, hamı tərəfindən sevilən biri olub. Təəssüf ki, bir-birləri ilə yeni xatirələr yaratmaq üçün birlikdə vaxtları olmayıb. Tuuru tanıyan hər kəsə səbr diləyirik”.

Flamand təlim xidmətinin məlumatına görə, Tuur Hanke gözlənilmədən dünyasını dəyişib.

Seçilən
5
publika.az

1Mənbələr