Bakı. Trend:
“Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin noyabrın 27-da keçiriləniclasının gündəliyinə daxil edilib.
Sənəd layihəsinə əsasən, Qanunun 3.3-cü maddəsində “otuz minmanatdan” sözləri “əvvəlki təqvim ayında təqdim edilən mal, iş vəxidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən” sözləriilə əvəz edilir və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümləəlavə olunur:
“Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlkitəqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin(ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvimayı ərzində ümumi məbləği otuz min manatdan artıq olanhesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş vəxidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli minmanatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli minmanatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsızqaydada həyata keçirilməlidir”.
Qanuna təklif edilən dəyişiklik təsdiqlənəcəyi təqdirə 2025-ciil yanvarın 1-dən qüvvəyə minəcək.