AZ

SİYAVUŞ NOVRUZOV NAZİRLİYİN İNƏKLƏRİNDƏN DANIŞDI, SAHİL BABAYEV CAVAB VERDİ

"Xırda məsələləri böyütmək lazım deyil..."

Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında bildirib. Sitat: "Dövlətin, hökumətin gördüyü işlər barədə çox danışmaq lazımdır. Əlbəttə ki, çatışmazlıqlar var. Amma deputatlar bununla bağlı yol göstərməlidirlər. Hər bir sözün arxasında faktlar, dərin məntiq durmalıdır. Əhalinin sosial müdafiəsi sahəsində böyük işlər görülüb”.

Qeyd edək ki, bu gün keçirilən iclasda deputatlar sosial problemlərlə bağlı məsələlər qaldırıb, o cümlədən müharibə iştirakçılarının qruplaşdırılmasını, rayonlarda işsizliklə bağlı tədbirlər görülməsini təklif ediblər. Bu zaman deputat Siyavuş Novruzov üzünü Sahil Babayevə tutaraq deyib ki, nazirlik kənd adamlarına inək  verir, lakin bir neçə gündən sonra məlum olur ki, bu inəklər sağ çıxmayacaq: "...Yerlərdən çoxlu şikayətlər var. Adicə bir telefon alanda ona 1 il qarantiya verirlər. Amma kənd insanları kefindən almır ki, ehtiyacdan inək alır, onun yemi də verilməlidir ki, yaşasın. Heyvanlar isə ya xəstə olur, ya da arıq... Bu insanlar heyvanı kefindən almır, ehtiyacdan alır, o da belə çıxır...".

Bu zaman nazir Sahil Babayev S.Novruzovun çıxışına əsəbləşib: "Əsassız, real vəziyyəti bilmədən belə danışmaq lazım deyil..." və s. 

A.Məmmədli 

Seçilən
34
tezadlar.az

1Mənbələr