Bakı. Trend:
Gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlətbüdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılmasıməqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan qurum) tərəfindənmüəyyən edilmiş qaydada təsnifləşdiriləcək.
Trend-inməlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirə edilən “Gömrük tarifi haqqında” qanuna təklifedilən dəyişiklikdə əksini tapıb.
Layihədə qeyd edilib ki, gömrük rüsumları üzrə güzəşt vəazadolmaların qiymətləndirilməsinin aparılması məqsədilə NazirlərKabineti tərəfindən güzəşt və azadolmaların müəyyən edilmiş qaydadatəsnifləşdirilməsinə zərurət yaranıb.
Qanun layihəsinin tətbiqi ölkəmizin investisiya mühitinintəkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlıinkişafının stimullaşdırılmasına, iqtisadiyyatın ayrı-ayrısahələrinə cəlb olunmuş özəl investisiyaların, o cümlədən, birbaşaxarici investisiyaların həcminin artırılmasına öz töhfəsiniverəcək.