Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Sincar bölgəsində həyata keçirdiyi əməliyyatla PKK/KCK terror təşkilatının liderlərindən birini zərərsizləşdirib.
MİT-in kəşfiyyat məlumatlarına əsasən, "Hevi" kod adlı Sadiyə Məhəmməd Əhməd PKK/KCK-nın Sincardakı kəşfiyyat strukturuna rəhbərlik edib.
Onun fəaliyyətləri anbaan izlənib və MİT-in dəqiq kəşfiyyat və əməliyyat imkanları sayəsində ələ keçirilərək zərərsizləşdirilib.
Sadiyə Məhəmməd Əhməd 2001-ci ildə "Hevi" kod adı ilə PKK-ya qoşulub. Suriyanın müxtəlif bölgələrində və İraqın Qəndil, Kərkük, Mahmur və Sincar bölgələrində fəalliyyət göstərərək bir müddət PKK/KCK-nın Mahmur düşərgəsində Xarici Əlaqələr vəzifəsini yerinə yetirib.
O, Mahmur və Sincar arasındakı əlaqəni PKK/KCK adından koordinasiya edərək, təşkilatın kəşfiyyat fəaliyyəti ilə məşğul olub.
Əhmədin fəaliyyəti ifşa edildikdən sonra MİT onun zərərsizləşdirilməsi üçün əməliyyat keçirib.