AZ

"Yanvardan etibarən növbəti sosial islahat paketi olacaq"– Nazir

Image

Cəmi 5 illik bir dövrdə Azərbaycanda dörd böyük sosial islahat paketi həyata keçirilib. Növbətinin anonsunu ölkə başçımız verdi. Yanvardan etibarən növbəti sosial islahat paketi olacaq.

Trend xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, dörd sosial islahat paketi 5 illik dövrdə dörd milyon insanımızı əhatə edib, 7 milyard manat vəsait ayrılıb:

"Sizin hər biriniz dövlət büdcəsini qiymətləndirirsiniz. Hər ilin büdcəsində əlavə 7 milyard manat əhaliyə ödənişlərin artırılmasının nə demək olduğunu millət vəkillərimiz hər kəsdən gözəl başa düşür.

Qısa bir dövrdə ölkədə minimum əməkhaqqı 2,7, minimum pensiya isə 2,5, orta aylıq pensiya 2,4 dəfə artıb.

Ən həssas təbəqədən olan, müavinət və təqaüd alan insanların ödənişləri 5 dəfə artıb. Bu dövrdə əmək müqavilələrinin sayında 600 minə yaxın artım oldu. Ölkənin əməkhaqqı fondu 3 dəfə artdı".





Seçilən
34
7
baki-xeber.com

10Mənbələr