"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 30 noyabr və 1 dekabr tarixlərində əlavə qatar reysləri təyin edir.
ADY-dən Milli.Az-a verilən məlumata görə, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərsiniz.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
