Bakı. Trend:
2025-ci ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatınınsaxlanılması üçün 51 851 447 manat vəsait nəzərdə tutulub.
Trend xəbərverir ki, bunu Milli Məclisin İşlər idarəsinin müdiri FirudinHacıyev parlamentin 2025-ci il üçün xərclər smetası haqqında qərarlayihəsini təqdim edərkən deyib.
O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 76,22 faiziniəməkhaqqı fondu və bununla əlaqədar ayırmalar təşkil edir:
"Milli Məclisin deputatlarının, aparatın və işlər idarəsininəməkdaşlarının xidməti otaqları kompüter dəstləri və tələb olunandigər ləvazimatlarla təmin edilib.
2024-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabınaMilli Məclisin deputatlarının işinin səmərəli təşkil etməkməqsədilə 2009-cu illərdə plenar iclas salonunda quraşdırılmışkompüterlər yeni tipli planşetlərlə əvəzlənib.
Bundan başqa, Milli Məclisin avtoparkında maddi texniki bazanınyaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobil alınaraqistismara verilib".