Gəncə şəhər sakini Mərcan-Nicat Məriyəm Daşdəmir qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. İkinci qrup gözdən əlil olduğunu bildirən şikayətçi ailəli olan 2 iki oğlu ilə birlikdə 1 otaqlı evdə çətin vəziyyətdə yaşadıqlarını bildirir. Deyir ki, gözdən əlil kimi mənzillə təmin edilməsi üçün dəfələrlə aididyyəti qurumlara müraciət etsə də, heç bir qurum müsbət cavab ala bilmir:
“Mən, Mərcan-Nicat Məriyəm Daşdəmir qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, 2-ci qrup gözdən əliləm. Adım Əlillər Cəmiyyətində qeydiyyatdadır.
Məlumat verim ki, hazırda 1 otaqlı evdə yaşayıram. 2 oğlum var, hər ikisi də ailəlidir. Bir oğlumun 6, o biri oğlumun isə 1 uşağı var. Nəvələrimin 4-ü hal-hazırda məktəblidir.
Aztəminatlı ailəyik. Dəfələrlə mənzil şəraitimizin və sosial vəziyyətimizin yaxşılaşdırılması ilə əlaqədar rəsmi qurumlara məktub göndərsəm də, hələ bizə cavab verilməyib.
Ev almağa imkanımız yoxdur. 1 otaqlı evdə isə iki ailənin yaşaması mümkün deyil, bizi nəzərə alsınlar. Uşaqlarımın maaşı ancaq maddi ehtiyaclarımızı ödəyir. Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm”.
Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov həmkarımıza bildirdi ki, Gəncə şəhər sakini Mərcan-Nicat Məriyəm Daşdəmir qızına 23.01.2012-ci il tarixdən gözdən əlilliyi olan şəxs kimi ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılıb.
Aynurə İSMAYIL
Hurriyyet.az