AZ

Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlər dövlət sektoruna münasibətdə ləğv olunur

Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə tətbiqinin 1 yanvar 2025-ci il tarixində ləğvi təklif olunur.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Bununla, dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Seçilən
21
7
marja.az

10Mənbələr