AZ

Deputat: Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır

Təbii ki, 2021-ci ilin sonunda ədəbiyyat adamları kitab üzərindən 18 faiz əlavə dəyər vergisinin götürülməsini böyük məmnunluq hissi ilə qarşıladı. Bu, ilk növbədə, naşirlər üçün çox önəmli bir hadisə idi. Onlar uzun müddət 18 faiz əlavə dəyər vergisinin götürülməsini istəyirdilər, dəfələrlə kitab və kağız üzərindən əlavə dəyər vergisinin götürülməsi barədə məsələ qaldırırdılar.

Heftelik.az-ın məlumatına görə,  bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Elnarə Akimova deyib.

Deputat bildirib ki, humanitar sahəyə daha çox diqqət ayrılmalı, güzəştlər tətbiq olunmalıdır: “Ədəbi orqanlarda çap olunan məqalələrə yazılan qonorarlardan 29 faiz vergi tutulur. Bu qədər vergi tutulandan sonra da yaradıcı adama boş əziyyətdən başqa heç nə qalmır. Onsuz da bu sahədə çalışanların maaşı azdır. Qələm adamı üçün bir məqalənin hasilə gəlməsi o qədər də asan proses deyil və bunun qarşılığı qəpik-quruş olmamalıdır. Mədəniyyət Nazirliyinin hər hansı mövzu ilə bağlı verdiyi sifariş əsasında kitablar ərsəyə gətirilir. Müəllif bir kitabın hasilə gəlməsi üçün araşdırma aparır, tədqiqat xarakterli mətn ərsəyə gətirir. Nəticədə yaxşı qonorar da yazılır. Amma yaxşı yazılan bu qonorardan o qədər vergi tutulur ki, verilən əməyə insanın heyfi gəlir. Yaradıcı şəxs öz əziyyətinin qarşılığını layiqincə almalıdır ki, onda stimul yaransın. Bu mənada, təklif edirəm ki, məqalə və kitablara yazılan qonorarlardan tutulan vergini maksimum azaltmaq, yaxud ləğv etmək lazımdır və bu ölkənin qələm sahiblərinə xeyli dəstək olar”.

Seçilən
5
8
heftelik.az

9Mənbələr