AZ

Afrikada münaqişə və təbii fəlakətlər: 35 milyon insan köçkün düşüb

Yazını böyüt
Yazını kiçilt

Afrika ölkələrində bitməyən qarşıdurmalar və təbii fəlakətlər milyonlarla insanı köçkün vəziyyətinə salıb. Son 15 ildə köçkünlərin sayı 3 dəfə artaraq 35 milyon nəfərə çatıb.

Hafta.az-ın yazdığına görə, Daxili Köçürülmənin Monitorinqi Mərkəzi (IDMC) 2009-2023-cü illər arasında 15 il ərzində Afrikada baş vermiş yerdəyişmə hadisələri haqqında hesabat hazırlayıb. "Afrikada daxili yerdəyişmə: Trendlər və İnkişaflara İcmal (2009-2023)" adlı hesabat qitənin yaşadığı çətinlikləri açıq şəkildə ortaya qoyur. Sonsuz vətəndaş iğtişaşları və qarşıdurmalar, terrorizm və təbii fəlakətlər 15 il ərzində 35 milyon insanı didərgin salıb. Üstəlik, bu rəqəmə yalnız daxili yerdəyişmələr daxildir.

Hesabata görə, Afrika ölkələrində məcburi daxili köçün ən mühüm səbəbi münaqişə və zorakılıqdır.

15 il ərzində didərgin düşmüş 35 milyon insandan 32,5 milyonu münaqişə və zorakılıq səbəbindən miqrasiya etmək məcburiyyətində qalıb. Bu hadisələrin əksəriyyəti Konqo, Efiopiya, Nigeriya, Somali və Sudanda baş verib.

Hesabatda təbii fəlakətlərin ölkə daxilində və xaricində fəlakətlə bağlı məcburi köçkünlüklərin payı günü-gündən artır.

2009-cu ildə 1,1 milyon olan təbii fəlakətlər səbəbindən miqrasiya etməyə məcbur olan insanların sayı 2023-cü ildə 6,3 milyona yüksəlib.

Seçilən
5
hafta.az

1Mənbələr