"Müstəmləkəçilik siyasəti yürüdən Fransa kimi bəzi Qərb dövlətlərinin və erməni lobbisinin ölkəmizə qarşı məkirli planına baxmayaraq, qısa müddət ərzində bütün işlər uğurla həyata keçirildi. Tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün lazımi infrastruktur yaradıldı və dünyanın diqqət mərkəzində olan COP29 təhlükəsizlik şəraitində baş tutdu". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Bu beynəlxalq tədbir Azərbaycan dövlətinin və xalqının növbəti möhtəşəm nailiyyəti oldu. Qısa müddət ərzində yüksək peşəkarlıq vəfədakarlıq göstərməklə bütün hazırlıq işlərini ən yüksək səviyyədə həyata keçirən Azərbaycan dünya birliyinin növbəti dəfə etimadını və inamını doğrultdu".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31