Milli Məclisdə bəzi deputatlar çıxış edəndə elə çıxış edirlər ki, guya onların seçiciləri bu ölkəyə qarşıdır. Bunu Milli Məclisin spikeri Sahibə Qafarova bugün bəzi deputatların sosial problemləri işıqlandırmasına cavab olaraq bildirib.
Eyni zamanda bir gün əvvəl deputat Səyyad Aran çıxışında bildirib ki, bəzi hökumət üzvləri sanki qəsdən problemləri həll etmirlər ki, gərginlik yaratsınlar.
"Xırda-para məsələr barəsində xırda para danışmaq lazımdır. Bunu qlobal problemlə
çevirmək lazım deyil. Sizin sözünüzdən elə başa düşdüm ki, siz elə bilirsiniz
ki, mən heçkimi danışmağa qoymuram. Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki,
mən heçvaxt heçkimin sözünü kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm tərbiyəm
belədir. Dövlətin hökumətin gördüyü işlər barəsində danışmaq lazımdır. Çünki
bizə hamı qulaq asır. Biz xalqı təmsil edirik. Burda bəziləri çıxış edəndə elə çıxış
edirlər ki, guya onların seçiciləri bu dəqiqə ölkəyə qarşıdır. Görülən işlər
haqqında danışılmır. Əlbəttə çatızmazlıqlar var. İş olan yerdə problem də
olacaq. Bunun hamısını çox düzgün olaraq alternativ nəsə təklif etməliyik. Bunu
elə formada çatdırmaq lazımdır ki, camaatda da çalxalanma salmasın. Siz dünən deyirsiz
ki, bəzi hökumət üzvləri elə bil qəsdən edirlər. Bu nə deməkdir? Bu kimin
sözüdür? Kimin üçün deyilir? Hansı tərəflərin sözüdür? Hər bir sözün arxasında
ya faktlar durmalıdır ya da dərin bir məntiq olmalıdır. Zəhmət olmasa hesabatlara baxın", - spiker bildirib.
Gülnar Nazimqızı
www.anews.az