Bakı. Trend:
Gürcüstanın altıncı prezidenti ilk dəfə dolayı yolla, 300 üzvdənibarət seçki kollegiyası tərəfindən seçiləcək.
Trend xəbərverir ki, prezident seçkiləri dekabrın 14-də saat 09:00-daParlament Sarayında keçiriləcək.
Gürcüstan Konstitusiyasına və qanunvericiliyin tələblərinəəsasən, seçki kollegiyasında parlamentin, Abxaziya və AcarıstanMuxtar respublikalarının Ali sovetlərinin, habelə siyasi partiyalartərəfindən irəli sürülmüş şəhər şuralarının üzvlərinin hamısıproporsional şəkildə təmsil olunmalıdır.
Konstitusiyaya görə, namizəd birinci turda seçilmək üçünkollegiya üzvlərinin ən azı üçdə ikisinin səsini toplamalıdır.Prezidentliyə namizəd 2/3 səs toplaya bilməsə, ikinci turkeçiriləcək.
Prezidentin andiçmə mərasimi dekabrın 29-da, seçki günündənsonra üçüncü bazar günü keçiriləcək.
Dövlət başçısı bu vəzifəni 5 il müddətinə icra edəcək.
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Gürcüstanınaltıncı prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyiniirəli sürüb.