“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Sportinq”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xatırladır ki, “topçular” Lissabonda “şirlər”i 5:1 hesab ilə topa tutublar.
Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Mikel Arteta bunları söyləyib:
“18 ay ərzində heç bir oyunda uduzmamış, ağalıq edən komandaya qalib gəlmək və qol vurmaq asan məsələ deyil və biz bunu əlbəttə ki, bacardıq. Açığı, biz o künc zərbəsindən çox məyus olduq. Onlar qol vurmağı bacardılar və siz onların keyfiyyətini, bunu nə qədər yaxşı təşkil etdiklərini, bizimlə oyuna nə qədər yaxşı hazırlaşdıqlarını görürdünüz.
“İnter”ə uduzmuşduq (0:1), amma həmin oyunda olduğu kimi, komandamın oyunu və oyunda üstünlüyü ilə qürur duydum. Ardıcıl olaraq keçirilmiş bu iki qarşılaşmada nəticələr fərqli olsa da, oyun əla alındı”, – UEFA-nın rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.
5 turdan sonra 10 xal toplamış “Arsenal” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 7-ci pillədə qərarlaşıb. “Sportinq” isə 10 xalla 8-ci yerdədir.