AZ

Millinin sabiq futbolçusu prezidentliyə namizəd olub

Gürcüstan millisinin sabiq futbolçusu Mixail Kavelaşvili ölkə prezidentliyinə namizəd olub.

İdman.biz xəbər verir ki, bunu “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili açıqlayıb.

O bildirib ki, 53 yaşlı futbol veteranı Gürcüstan prezidentliyinə namizəd irəli sürülüb. Bu vəzifəyə seçkilər dekabrın 14-də keçiriləcək.

Qeyd edək ki, karyerası ərzində Tbilisi “Dinamo”sunda 6 dəfə Gürcüstan, həmyerlimiz Nazim Süleymanovla birlikdə “Alaniya”da 1 dəfə Rusiya, “Qrasshoppers”lə 1 dəfə İsveçrə çempionu olan sabiq hücumçu “Mançester Siti”nin də formasını geyinib. O, Gürcüstan millisində 46 oyunda 9 qola imza atıb.

İdman.biz

Seçilən
24
idman.biz

1Mənbələr